Azərbaycanın cüdo millisi Avropa çempionatında birinci olub
Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı başa çatıb.
BAKU.WS xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisi bir dəst medal qazanıb. +100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub. Ömər Rəcəbli (81 kiloqram) gümüş, Aslan Kotsoyev (90 kiloqram) isə bürünc mükafata yiyələnib.
İlk yarış günündə isə İslam Rəhimov (66 kiloqram) qızıl medalı boynundan asmışdı.
Qeyd edək ki, cüdo tariximizdə ilk dəfə 66 kiloqram və +100 kiloqram çəki dərəcələrində idmançılarımız U-23 Avropa çempionatlarının qızıl medalını əldə ediblər.
Yekunda Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla həm ümumi komanda hesabında, həm də kişilər arasında turniri birinci pillədə tamamlayıb. Yarışda təkcə kişi cüdoçularımızın çıxış etməsinə baxmayaraq, yığmamız 37 ölkə arasında lider olmağı bacarıb.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb
III MDB Oyunları: Azərbaycanın cüdo yığması qarışıq komanda növündə qızıl medal qazanıb
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
III MDB Oyunları: Azərbaycan boksçuları yarışı 24 medalla başa vurublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Tut" restoranında qida məhsulunda uyğunsuzluq aşkarlandı, icraat başlandı
-
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
-
"Qara ət" narahatlığı: Xaricdən gələn ətlərin təhlükəsizliyinə kim cavabdehdir? - RƏSMİ
-
İlham Əliyev: "İqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur"
-
Qusarda kənd sakinlərindən hədə-qorxu yolu ilə rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edilib
-
Azərbaycan və BƏƏ yeni əməkdaşlıq razılaşması imzalayıb













