Denis Şmıqal Ukraynaya dəstəyə görə İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib
Ukraynanın Baş naziri Denis Şmıqal Ukraynaya dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkə xalqına təşəkkürünü bildirib.
"Far.Az" xəbər verir ki, o bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə Azərbaycan-Ukrayna Birgə Hökumətlərarası Komissiyasının 14-cü iclasının yekunlarını şərh edərkən "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Biz nazir Pərviz Şahbazovla birlikdə prezidentlər Volodimir Zelenski və İlham Əliyev, eləcə də nümayəndə heyətlərimiz arasında iyun ayında Bakıda əldə olunmuş razılaşmaların icrası üzrə işləri davam etdirdik", - Baş nazir yazıb.
D.Şmıqal həmçinin vurğulayıb ki, Ukrayna tərəfi enerji avadanlıqları, onun logistikası, standartlaşdırılması və birgə istehsalı sahəsində əməkdaşlıq qurmaq təklifini irəli sürüb.
Onun sözlərinə görə, P.Şahbazov eyni zamanda bərpaolunan enerji sahəsində Ukraynanın texnoloji nailiyyətlərini qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş
-
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
-
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər













