"Qarabağ" – "Çelsi" oyununun biletlərinin qanunsuz satışı ilə bağlı araşdırma aparılır
Far.Az xəbər saytı

"Qarabağ" – "Çelsi" oyununun biletlərinin qanunsuz satışı ilə bağlı araşdırma aparılır


"Qarabağ" – "Çelsi" oyununun biletlərin sosial şəbəkələrdə yüksək qiymətlərlə satışa çıxarılması məsələsi klubumuzun və hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.

BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Çelsi" ilə Bakıda keçiriləcək matçın qanunsuz bilet satışı ilə bağlı araşdırmaların aparılacağını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə AZƏRTAC-ın sorğusuna cavab olaraq qeyd edib ki, bu barədə qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək: "Polis əməkdaşları tərəfindən qanunsuz bilet satışı ilə bağlı çevik reaksiya verilməklə hər bir məlumat yoxlanılacaq".

"iTickets.az" saytından isə oyunun biletlərinin alışı zamanı yaranan çətinliklə bağlı AZƏRTAC-a bildirilib ki, biletlər satışa çıxarıldıqdan dərhal sonra saytda ciddi yüklənmə olub və 25 min nəfərlik onlayn növbə yaranıb: "Nəticədə biletlər növbəli şəkildə satılıb. Həmin vaxt yalnız 75 manatlıq və VİP sektorlar üçün biletlər əlçatan olub".

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Çelsi" görüşü saat 21:45-də başlayacaq.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər