Atasından danışan Ahmet: "Var-dövlətini 20 yaşında qıza verdiyini eşidəndə..."
Far.Az xəbər saytı

Atasından danışan Ahmet: "Var-dövlətini 20 yaşında qıza verdiyini eşidəndə..."


Müğənni İbrahim Tatlısesin oğlu Ahmet Tatlıses atasının onun barəsinə məhkəmədən uzaqlaşdırma qərarı alması ilə bağlı danışıb.

Far.Az xəbər verir ki, Ahmet İstanbulda, atası İbrahimin isə İzmirdə yaşadığını deyib. Belə olan halda bu məhkəmə qərarına ehtiyac olmadığını bildirib:

"Son günlər haqqımızda yayılan xəbərlərdən danışmağa ehtiyac olduğunu düşünürəm. Bəli, atam belə qərar verib və buna hörmətlə yanaşıram. Təxminən bir ildir ki, bir-birimizi görmürük. Nə telefon zəngləri, nə də yazışmalar yoxdur. Onun heç bir halda əlaqəmiz yoxdur. Əslində mən İstanbulda yaşayıram, o isə İzmirdə... Amma yenə də belə qərar verildi və mən buna hörmət edirəm".

Atasından danışan Ahmet:

Ahmet Tatlıses açıqlamasında atası ilə uzun müddətdir arasında davam edən davanın əmlak bölgüsü ilə heç bir əlaqəsinin olmadığını xüsusi vurğulayıb:

"Dörd ilə yaxındır ki, işlərimiz məhkəmədədir, amma bu əmlakla bağlı deyil. Bizim işimiz ailəmizi qorumaqla bağlıdır. Atamın bütün var-dövlətini 20 yaşında bir qıza verdiyini eşidəndə artıq hərəkətə keçdim. Yeddi uşaq olduğumuz üçün belə bir qərar mənə çox yanlış gəldi. Yeganə məqsədim qardaşlarımı və ailəmi qorumaq idi. Biz acgöz ailə deyilik, hər kəs öz işi ilə məşğuldur".

Ahmet illərdir atasının restoranlarını idarə etdiyini və buna görə də həmişə arxa planda qaldığını da bildirib:

"14 yaşından atamın yanında idim. 30 il onunla çalışdım. Restoranlarının çoxunu idarə etdim, amma adlar atama aid olduğu üçün həmişə onun adı ön plana çıxırdı. Heç vaxt kamera qarşısına keçmədim".

Atasından danışan Ahmet:

Qeyd edək ki, 4 gün əvvəl İbrahim Tatlısesin oğlu Ahmet Tatlıses barəsində məhkəmədən uzaqlaşdırma qərarı alınıb. İzmirdə keçirilən məhkəmə prosesində İbrahim Tatlısesin tələbi əsasında oğula atasına yaxınlaşmağı qadağan edən qərar çıxarılıb. İzmir 2-ci Ailə Məhkəməsinin qərarına əsasən, A. Tatlıses atasına 3 kilometrdən artıq məsafəyə yaxınlaşa bilməyəcək. Qərarın pozulması halında təhlükəsizlik qüvvələri dərhal müdaxilə edəcək.

Məhkəmə həmçinin oğul Tatlısesə elektron qolbaq taxılması barədə qərar verib. Bu sistem vasitəsilə oğul atasına yaxınlaşarsa, hüquq-mühafizə orqanları dərhal məlumatlandırılacaq. İbrahim Tatlısəs prokurorluğa müraciətində oğlunun onu təhdid etdiyini və təhlükəsizlik narahatlığı keçirdiyini bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İbrahim Tatlısesin ailəsinə ağır itki üz verdi
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər