Bu bölgələrdə ticarət obyektlərinin qiyməti bahalaşır
Far.Az xəbər saytı

Bu bölgələrdə ticarət obyektlərinin qiyməti bahalaşır


"Azərbaycanda mərkəzlə regionlar arasında böyük inkişaf disbalansı var. Paytaxtda iş yerlərinin sayının çox olması, istehsal sahələrinin mərkəzdə cəmləşməsi, habelə potensial işçi qüvvəsinin Bakı və Abşeron yarımadasında məskunlaşması regionların aktiv daşınmaz əmlak bazarlarına malik olmasında problem yaradır".

Bunu Far.Az-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, son dövrlər bəzi regionlarda daşınmaz əmlak bazarı inkişaf edir:

"Bu, işğaldan azad olunmuş bölgələrə yaxın ərazilər və o cümlədən Naxçıvan Muxtar Respublikasını qeyd edə bilərik. Eyni zamanda turizmin daha çox inkişaf etdiyi ərazilərdə torpaq sahələrinin qiymətinin artımını qeyd edə bilərik. Kənd təsərrüfatının daha çox inkişaf etdiyi rayonlarda kənd təsərrüfatı torpaqlarının qiymətlərini qeyd edə bilərik. Bu məsələdə spesifik yanaşma var.

Bakı, Sumqayıt, Gəncə, Naxçıvanda qeyri-yaşayış obyektləri və ticarət məkanlarının qiymətlərində yüksək artımın şahidi oluruq. Hər bir bölgənin öz spesifik inkişaf trayektoriyası və xətti mövcuddur. Həmin spesifik inkişaf mahiyyətinə uyğun olaraq əmlakın hansısa bir növünün qiyməti həmin ərazilərdə daha çox artır. Gələcəkdə tədris mərkəzləri və istehsalat müəssisələri Bakı və ətrafından kənara doğru çıxarılsa, regionlarda daşınmaz əmlak bazarının aktivliyini müşahidə edəcəyik".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər