Hakan Fidan: Suriyanın ərazi bütövlüyü məsələsində həssasıq
Far.Az xəbər saytı

Hakan Fidan: Suriyanın ərazi bütövlüyü məsələsində həssasıq


Suriyanın ərazi bütövlüyünün qorunması Türkiyə üçün vacib məsələdir.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) başçısı Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında bildirib.

"Suriyanın ərazi bütövlüyü məsələsində həssasıq", - o deyib.

Türkiyə XİN rəhbəri Məkkə sazişinə yeni üzvlərin qoşulmasını istədiklərini ifadə edib: "Mövqeyimizin digər region ölkələri tərəfindən də bölüşülməsi vacibdir".

Görüşün digər mövzularından biri Suriyanın şimal-şərqində inteqrasiya prosesidir: "Artıq Türkiyədə, Suriyada və İraqda terrorun müzakirə mövzusuna çevrilməsi, hər kəsin sülh və əmin-amanlıq şəraitində siyasi gündəliyinə fokuslanması önəmlidir".

Oxşar xəbərlər

Hakan Fidan Parisdə suriyalı həmkarı ilə görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər