Beynin bir nömrəli dərmanı bu qida imiş - Alimlərdən yeni kəşf
Müntəzəm olaraq qabıqlı, duzsuz qızardılmış yerfındığı yemək yaşlı insanlarda beynin fəaliyyətini və yaddaşı yaxşılaşdırır.
BAKU.WS-in məlumatına görə, bu nəticəyə Niderlandın Maastrixt Universitetinin Tibb Mərkəzində yerləşən Qidalanma və Metabolizmin Translyasion Tədqiqatları İnstitutunun alimləri gəliblər.
Tədqiqat Clinical Nutrition jurnalında dərc olunub.
Tədqiqatda 60–75 yaş arası 31 sağlam şəxs iştirak edib. 16 həftə ərzində iştirakçılar hər gün 60 qram (təxminən iki pay) yerfındığı yeyiblər. Nəticədə onların beyin qan dövranı 3,6% artıb, şifahi yaddaş göstəriciləri isə 5,8% yaxşılaşıb. Bundan əlavə, sistolik təzyiq 5 mm civə sütunu, nəbz təzyiqi isə 4 mm civə sütunu azalıb.
Tədqiqatın müəllifi, Maastrixt Universitetinin Qidalanma və Hərəkət Elmləri kafedrasının dosenti Piter Yoris bildirib:
"Beyin qan dövranı beyin damarlarının funksiyasını əks etdirən mühüm fizioloji göstəricidir. O, beyinə oksigen və qida maddələrinin nə qədər çatdırıldığını göstərir və idrak sağlamlığının qorunması üçün həyati əhəmiyyət daşıyır".
Alimlər həmçinin aşkar ediblər ki, qan dövranı beynin yaddaş və düşünmədən cavabdeh olan alın və gicgah paylarında yaxşılaşıb.
Yerfındığı bitki mənşəli zülal, damar sağlamlığı üçün vacib olan arqinin, eləcə də doymamış yağlar və antioksidant xüsusiyyətləri ilə tanınan polifenollarla zəngindir. Fındığın qabığı isə əlavə lif və təbii antioksidantlar ehtiva edir.
Tədqiqatçılar vurğulayıblar ki, yaş artdıqca beynin damar funksiyası zəifləyir və demensiya riski artır. Buna görə də, gündəlik rasiona bir pay yerfındığı əlavə etmək kimi kiçik dəyişikliklər belə, yaşla bağlı yaddaş pozğunluqlarının qarşısını almağa kömək edə bilər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda Zəfər Günü ilə bağlı konsert keçiriləcək
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
-
Bakıda hərbi parad bu səbəbdən 13:00-da keçiriləcək
-
Beynin bir nömrəli dərmanı bu qida imiş - Alimlərdən yeni kəşf
-
Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI
-
Mətbuat Şurası: Azərbaycan jurnalistləri Zəfərin qazanılmasına mənəvi və ideoloji töhfə verdilər













