Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
ABŞ-nin Nyu-York şəhərində 8 Noyabr - Azərbaycanın Zəfər Gününün 5-ci il dönümü münasibəti ilə ölkəmizin dövlət bayrağı qaldırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, üçrəngli bayrağımız Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində "Wall Street"də yerləşən "Bowling Green" parkında nəhəng bayraq dirəyindən asılıb.
Bayraq qaldırma mərasimi Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Bu münasibətlə nəhəng bayraq meydanı kimi tanınan "Bowling Green" parkında təşkil olununan mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Azərbaycan diasporunun fəalları və ABŞ-də təhsil alan azərbaycanlı tələbələr fəal iştirak ediblər.
Çıxışlarda 8 Noyabr - Zəfər gününün tarixi əhəmiyyətindən danışılıb, artıq beş ildir ki, Azərbaycan xalqının 30 ilə yaxın gözlədiyi qələbənin qürur və sevincini yaşadığı qeyd olunub. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi. Azərbaycan xalqı öz canları və qanları hesabına böyük qələbəni var edən şəhidləri ilə tarix yazdı. Vətən uğrunda canlarınl fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Daha sonra üçrəngli bayrağımız Dövlət Himnimizin sədaları altında Nyu-York səmasına qaldırılıb, Azərbaycanın və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.
Mərasim yerli əhali və turistlərin də diqqətini çəkib, onlar bayrağımızın fonunda şəkil çəkdiriblər. Həmvətənlərimiz onlara Azərbaycan haqqında məlumatlar veriblər.
Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan "Bowling Green" bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək.
Qalereya
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər













