Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı
Bir neçə gün əvvəl polis tərəfindən saxlanılan tanınmış vəkil Orxan Kəngərli barəsində olan həbs qərarı ilə bağlı verdiyi şikayətə baxılıb.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, vəkilin müraciətinə Bakı Apelyasiya Məhkəməsində baxılaraq yekun qərar çıxarılmaqla Orxan Kəngərlinin şikayəti təmin olunmayıb. Vəkil həbsdə saxlanılıb.
Xatırladaq ki, Orxan Kəngərli noyabr 19-da saxlanılaraq barəsində Nərimanov Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4-cü (Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə, zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə), 240.2.1-ci ( Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 240.2.2-ci (təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, vəkil Orxan Kəngərli "Alyans" vəkil bürosunun müdiridir.
Oxşar xəbərlər
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Bu ilin beş ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3766 cinayət faktı aşkarlanıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bu ilin 10 ayı ərzində narkotiklərlə bağlı 6 792 cinayət faktı aşkarlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













