İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Far.Az report-a istinadən xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə, - 143 nəfər, Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə, - 219 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qalereya
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": Tulsi Qabbard istefa verməzdən əvvəl MKİ ilə münaqişəyə girib
-
Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb
-
Zamiq Hüseynov: "Kaş, belə bir dünya ola..."
-
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək?
-
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
-
Venesuelada amnistiyadan sonra 390-dan çox məhbus azadlığa buraxılıb













