Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə ümumilikdə 139 nəfər olmaqla 32 ailə köçürülüb.
Bununla da Kəlbəcərə köçürülən sakinlərin sayı 223 nəfərə (52 ailə) çatdırılıb.
*** 07:41
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.
Doğma yurda qayıdan Kəlbəcər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qalereya
Oxşar xəbərlər
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
Xocalı rayonu Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb
Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salınıb
Cəbrayıl şəhərində 39 ailəyə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-3
Daha 32 ailə Cəbrayıl şəhərinə köçürülüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da mina partlayışı zamanı yaralanıb
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Türkiyə və Suriya rəsmiləri ikitərəfli əməkdaşlığı və regional sabitliyi müzakirə ediblər













