Harris rəqibi Trampla teledebatlara hazır olduğunu açıqlayıb
Demokratlar Partiyasından ən yüksək hökumət postuna namizəd olan ABŞ-ın vitse-prezidenti Kamala Harris rəqibi respublikaçı Donald Trampla teledebatlara hazır olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, sentyabrın 8-də jurnalistlərdən birinin müvafiq sualını cavablandıran Harris baş barmağını yuxarı qaldıraraq Trampla debat etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, prezidentliyə namizədlər arasında debat sentyabrın 10-da “ABC” kanalı tərəfindən Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək. Yekun qaydalar hələ sentyabrın 5-də təsdiq edilib.
Xüsusilə, Tramp və Harrisdən mikrofonu söndürməklə rəqibinin çıxışının sonunu gözləmələri tələb olunacaq və cavab müddəti iki dəqiqə ilə məhdudlaşdırılacaq. Yalnız görüş moderatorları əvvəlcədən hazırlanmış qeydlərdən istifadə edərək sual verə biləcəklər.
Oxşar xəbərlər
Kamala Harris Donald Trampla “Fox News”-un efirində debatdan imtina edib
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Donald Tramp və Kamala Harris arasında keçiriləcək debatın tarixi məlum olub
Minnesota ştatının qubernatoru ABŞ-də vitse-prezident postuna rəsmən namizəd olub
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
-
Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb













