FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib.
"Far.Az"un Şimal bürosunun məlumatına görə, tədbir FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ilə "Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
"Far.Az"un Şimal bürosunun məlumatına görə, tədbirdə çıxış edən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Asif Məmmədov ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısının sahibkarlara, o cümlədən sənaye sahələrində çalışan iş adamlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov belə tədbirlərin texniki təhlükəsizlik sahəsində fəaliyyətin təkmilləşdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə tədbirdə "Texniki təhlükəsizlik sahəsində xidmətlərin inkişafı" mövzusunda çıxış edib. O, texniki təhlükəsizlik üzrə müasir xidmətlərin tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə xidmət bazasının inkişaf etdirilməsi məsələlərinə toxunub, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, həmçinin sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, texniki-normativ sənədlər barədə iştirakçılara ətraflı məlumat verib.
Digər çıxış edənlər də sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərə toxunub, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün vacib olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb, zəruri tədbirlər görülür













