"Aytən Səfərovaya görə özünü benzinlə yandırmağa cəhd edən də olub" - Klinikadan cavab
"Caspian International Hospital" əvvəllər orada çalışan tanınmış həkim Aytən Səfərovanın əməkhaqqı kartından 11 min manat vəsait çıxarılması və klinikanın vəzifəli şəxslərinə cinayət işinin açılması ilə bağlı yayılan iddialara cavab verib.
Far.Az xəbər verir ki, klinikadan qafqazinfo-ya sözügedən iddialar əsassız olduğu bildirilib.
"Aytən Fəxrəddin qızı Səfərova klinikamızda fasilələrlə uzun müddət çalışıb. Lakin onun haqqında pasiyentlərdən çoxsaylı şikayətlər olduğu, sonsuzluğun müalicəsində effektivliyin azaldığı nəzərə alınaraq 2024-cü il dekabrın 11-də əmək müqaviləsinə xitam verilib. A. Səfərovanın bir çox pasiyenti müalicədən qeyri-məmnun qaldığı üçün ödəniş etməkdən imtina edib, nəticədə klinikaya olunmalı ödənişləri hələ də borc olaraq qalmaqdadır. O cümlədən, pasiyentlər dəfələrlə hüquq-mühafizə orqanlarına və Analitik Tibbi Ekspertizaya həkim Aytən Səfərovadan şikayətlər edib. Hətta bir neçə pasiyent intihar etmə həddinə çatıb, onlardan üzərinə benzin töküb özünü yandırmağa cəhd edən də olub", - açıqlamada vurğulanıb.
Həmçinin qeyd edilib ki, A. Səfərova ilə əmək müqaviləsinə xitam verildikdən 10 ay sonra klinika rəhbərliyinə zəng edən və özünü Aytən Səfərovanın vəkili kimi təqdim edən şəxs 11 000 manat vəsaitin kartlarından oğurlandığını iddia edib: "Vəkil məsələnin aydınlaşdırılması üçün klinikaya dəvət olunsa da, görüşdən imtina edib və klinikanı məhkəməyə verməklə hədələyib. Hazırda bu məsələ hüquqi müstəvidə araşdırılır".
Xatırladaq ki, xəstəxananın vəzifəli şəxsləri tərəfindən Aytən Səfərovanın icazəsi olmadan ona yeni bank kartının sifariş olunması və hesabından 11 min manat vəsaitin mənimsənilməsi ilə bağlı iddia yayılmışdı.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda sosial məzuniyyət bu şəxslərə verilir - RƏSMİ
-
Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?
-
Ramiz Mehdiyevin bankının lisenziyası ləğv edildi
-
"MasterCard" kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
-
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır













