Azərbaycan kakao idxalına çəkdiyi xərci 15 %-ə yaxın artırıb
Far.Az xəbər saytı

Azərbaycan kakao idxalına çəkdiyi xərci 15 %-ə yaxın artırıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 121,026 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

Far.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur.

Hesabat dövründə Azərbaycandan həmçinin 10,051 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 0,5 % çoxdur.

Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,63 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,05 %-ni təşkil edib.

Xatırladaq ki, 10 ayda Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,9 % azalıb, idxal isə 15,6 % artıb.

Oxşar xəbərlər

Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 26 % artıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər