Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Far.Az xəbər saytı

Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək


Fransada 24 oktyabrda keçirilməsi planlaşdırılan yeni kütləvi etiraz aksiyaları ilə əlaqədar hakimiyyət orqanları 70 min polis və jandarmı cəlb etmək niyyətindədir.

"Report"un "Reuters"ə istinadən məlumatına görə, xüsusən də qiymət artımına qarşı çıxış edən "Sarı jiletlilər" hərəkatı nümayişlərdə iştirak etməyə çağırıb.

Təşkilatçılar qarşıdan gələn etirazları "ikinci akt" adlandırıblar.

Fransanın daxili işlər naziri Loran Nünyes bildirib ki, ictimai asayişi təmin etmək üçün iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunan 17 oktyabr etirazları zamanı olduğundan 20 % daha çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb ediləcək.

Zərurət yaranarsa, güc strukturları 15 su şırnağından istifadə edə biləcəklər. Təhlükəsizliyin təmin edilməsinə həmçinin xüsusi təyinatlı bölmələr cəlb olunacaq.

Fransa Prezidenti Emmanuel Makron daha əvvəl bildirmişdi ki, oktyabrın 24-də yalnız həmkarlar ittifaqları tərəfindən təşkil olunan nümayişlərə icazə veriləcək.

"Ümumi tövsiyə ondan ibarətdir ki, yaxın günlərdə nümayişlər keçirilməsin. Söhbət aksiyaları davam etdirmək istəyən həmkarlar ittifaqı təşkilatlarından gedirsə, onlara alternativ marşrutlar təklif ediləcək. Əgər təşkilatçılar həmkarlar ittifaqları deyilsə, o zaman mümkün olan hər yerdə nümayişlər qadağan ediləcək", - Makron bildirib.

İğtişaş təhlükəsi ilə əlaqədar şənbə günü Parisin Luvr, Orse, Pikasso muzeyləri və Böyük saray bağlanacaq.

Əvvəlki etiraz aksiyaları oktyabrın 17-də Parisdə və Fransanın digər iri şəhərlərində keçirilib. İştirakçılarının qiymət artımına və təhsil sahəsindəki problemlərə qarşı çıxış etdiyi nümayişlər mağazaların dağıdılması və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarla müşayiət olunub.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər