Arvadını işə apararkən maşınla iki qadını vuran şəxsə HÖKM OXUNDU
Bakıda ağır yol-nəqliyyat hadisəsi törətmiş şəxsin məhkəməsi başa çatıb.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Lənkəran rayon sakini, 44 yaşlı Sahib Süleymanova (ad şərtidir) hökm oxunub.
Bildirilib ki, hadisə ötən il dekabrın 21-i saat 6 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.
S.Süleymanov dostuna məxsus "KIA Rio" markalı avtomobillə həyat yoldaşını işə apararkən iki qadını vurub. 31 yaşlı Pikə Ağarzayeva və onun yaşıdı Gülcahan Quliyeva aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.
Məhkəmədə mərhumların ailə üzvləri sürücüyə ən ağır cəzanın verilməsini tələb ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Süleymanova altı il altı ay müddətinə həbs cəzası verilib. Onun sürücülük hüququ da əlavə beş il ərzində məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Arvadını işə apararkən maşınla 2 qadını vurub öldürmüşdü - Bu cəza verildi
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının Nəsimi rayonunda binada yanğın başlayıb
-
Sosial şəbəkələrdə fahişəliklə məşğul olmağa görə cərimələr müəyyən edilir
-
"Yandex"də genişmiqyaslı PROBLEM YARANDI
-
SOCAR "Sustainable Fitch" Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
-
Məşhur aktrisa övladının 40-ı çıxmadan ərindən boşandı
-
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var













