Bakıda yol üstündə dava qanlı bitdi: Öldürülən şəxsin oğlu məhkəmədə danışdı
Far.Az xəbər saytı

Bakıda yol üstündə dava qanlı bitdi: Öldürülən şəxsin oğlu məhkəmədə danışdı


Bakı Ağır Cinayətlər Məhkəməsində Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclas şahid ifadələri ilə davam edib.

Şahid Səbuhi Əliyev mübahisənin sözlü münaqişə ilə başladığını deyib: "Dava maşın qapısının bir-birinə dirənib açılmamasına görə baş verdi. Hamı bir-biri ilə mübahisəyə, əl-qol hərəkətləri ilə dava etməyə başladı. Maksim dedi ki, nömrə ver, görüşərik sonra. Hər ikisi bir-birinə nömrə verdilər. Maksim mənə də xəsarət yetirdi, məqsədi öldürmək idi. Atamı öldürdüsə, məni də öldürmək onun üçün nə idi ki?"

Təqsirləndirilən M.Əhmədov isə deyilənlərlə razılaşmadığını, S.Əliyevi yaralamadığını, məqsədinin sadəcə onu qorxutmaq olduğunu bildirib.

Məhkəmə növbəti şahidlərin dindirilməsi üçün növbəti iclası dekabrın 25-nə təyin edib.

Xatırladaq ki, hadisə 2025-ci il aprelin 25-də saat 08 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər