Azərbaycana qanunsuz 11 kiloqrama yaxın qızıl gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Azərbaycana qanunsuz 11 kiloqrama yaxın qızıl gətirilməsinin qarşısını alıb.
BAKU.WS bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının "Terminal 1"- gömrük postunun gömrük nəzarəti zonasında əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı çamadanın içərisindən gömrük orqanına bəyan edilməyən, xüsusilə külli miqdarda, 2 milyon 440 min 344 manat dəyərində, ümumi kütləsi 10 kiloqram 883,82 qram təşkil edən qızıldan hazırlanmış məmulatlar və 0,6 qram çəkidə 3 karat brilyant qaş aşkar olunub.
Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, qeyd olunan qızıl məmulatlarını, izi azdırmaq məqsədilə bir şəxs Dubaydan İstanbula, oradan isə digər şəxs Bakıya gətirib.
Hazırda qeyd olunan faktda iştirakları olan bütün şəxslərin, eləcə də bu halın baş verməsinə şərait yaradan şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Komitə bir daha bildirib ki, bu cür qanunsuz hərəkətlər yolverilməzdir və onların qarşısı ən ciddi şəkildə alınmaqla bu hərəkətləri törədən şəxslər müvafiq məsuliyyətə cəlb ediləcəklər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan gömrükçüləri külli miqdarda brilyant qaş aşkar edib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycana brilyant qaşların qanunsuz gətirilməsinin qarşısı alındı
Brilyant qaşların gömrükdən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













