FHN Qəbələ aeroportunda təlim keçirib
Far.Az xəbər saytı

FHN Qəbələ aeroportunda təlim keçirib


Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti Qəbələ Beynəlxalq Hava Limanında "İnsanların kütləvi istifadə etdiyi mühüm əhəmiyyətli obyektlərdə yanğınların söndürülməsi və təxliyənin təşkili" mövzusunda yanğın-taktiki təlim keçirilib.

Bu barədə Far.Az-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında yanğın-xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi olub.

Təlimə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ və Ağdaş rayon Yanğından Mühafizə hissələrinə məxsus qüvvə və vasitələr cəlb olunub.

Baş vermiş şərti yanğın yerinə operativ çatan yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin "təhlükəli ərazidən" təxliyə edilməsi, "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi" əməliyyatını yerinə yetiriblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
FHN SOCAR-ınzavodunda yanğın-taktiki təlim keçirib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər