FHN SOCAR-ınzavodunda yanğın-taktiki təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə SOCAR-ın Sumqayıt şəhərində yerləşən Karbamid Zavodunda "Anbarlarda baş verən yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili" mövzusunda yanğın-taktiki təlim keçirilib.
FHN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, tədbirə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri, həmçinin SOCAR-ın Karbamid Zavodunun əməkdaşları cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd anbarlarda baş verə bilən yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.
Təlimdə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in qüvvələri müəssisə işçilərinin "təhlükəli ərazidən" təxliyə edilməsi, "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi", "zərəçəkmişlərin xilas edilməsi" əməliyyatını yerinə yetiriblər.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Qalereya
Oxşar xəbərlər
"Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış" mövzusunda forum keçirilib
Xaçmazda yanğın-taktiki təlim keçirilib
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq













