"Bəlkə, məni tez yola salmaq istəyirlər?" - "Qarabağ"ın müdafiəçisi
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov mövsümün sonunda karyerasını bitirməsi ilə bağlı danışıb.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ötən gün Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Karvan-Yevlax"a 3:0 qalib gəldikləri matçdan sonra bu barədə fikirlərini açıqlayıb.
Təcrübəli oyunçu hələ də meydana çıxmaq istədiyini bildirib: "Bilmirəm, bu xəbər necə çıxıb. Bəlkə məni tez yola salmaq istəyirlər? (gülür) Bu, doğru xəbər deyil. Necə ortaya çıxdığını da bilmirəm. Mövsümün sonunda hoca (Qurban Qurbanov nəzərdə tutulur -red.) ilə danışacağıq. Lakin mən özümdə güc hiss edirəm və hələ də oynamaq istəyirəm. Əgər komandaya faydam dəyəcəksə, niyə də karyeramı davam etdirməyim? Özümü başqa komandada təsəvvür edə bilmirəm. Ümid edirəm ki, hoca komandaya xidmətimə ehtiyac duymadığını deməz (gülür)".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanov
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb













