ABŞ İrana nüvə zərbəsi endirəcək?
"Son vaxtlar ABŞ-İran qarşıdurmasında bir-biri ilə əlaqəli üç proses müşahidə olunur. bunlardan birincisi, ABŞ-də aralıq seçkidən sonra İrana qarşı əvvəlkilərdən daha güclü zərbələri, o cümlədən taktiki nüvə silahından istifadəni ehtiva edən müharibənin başlayacağı bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Eyni zamanda, İranın gözlənilən müharibəyə hərtərəfli hazırlıq gördüyü barədə xəbərlər yayılır və bu kontekstdə İranın ali rəhbəri Müctəba Xameneyinin ABŞ-nin mümkün yeni hücumuna heç bir coğrafi məhdudiyyət tanımadan qətiyyətli cavab verilməsi barədə göstərişi xüsusilə müzakirə olunur.
İkincisi, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi əməliyyatlara yenidən başlatmağa inandırmağa çalışması barədə məlumatlar yayılır.
Üçüncüsü, yaranmış təhlükələri nəzərə alaraq, İranda nüvə doktrinasının dəyişdirilməsi, hətta nüvə silahının əldə olunması ilə bağlı çağırışlar artıq təkcə radikal dairələrdə deyil, rəsmi informasiya platformalarında, parlamentdə və dini-siyasi institutlarda da səsləndirilir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi noyabrın 1-də dövlət televiziyasına verdiyi geniş müsahibədə ilk dəfə bu müzakirənin dövlət səviyyəsində mövcudluğunu açıq şəkildə təsdiqləyib. O, müharibə yenidən başlayarsa, İranın indiki nüvə doktrinasını qoruyub saxlamalı olub-olmadığı barədə müzakirələrin getdiyini bildirib.
Bütün bunlar hələ ötən ay Donald Trampın İrana qarşı nüvə silahından istifadəni istisna etməsi ilə bağlı açıqlamasına rəğmən baş verir. Belə ki, Tramp "Newsmax" telekanalına müsahibəsində bildirib: "Mən nüvə silahından istifadə etməzdim. Buna ehtiyacımız yoxdur. Biz dünyanın ən böyük nüvə gücüyük". Jurnalistin taktiki nüvə silahı barədə sualına cavabında da Tramp buna lüzum olmadığını söyləyib", - süjetdə qeyd olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb













