Qırğız nümayəndə heyəti "Abşeron" Ticarət Mərkəzində sahibkarlarla görüşüb
Far.Az xəbər saytı

Qırğız nümayəndə heyəti "Abşeron" Ticarət Mərkəzində sahibkarlarla görüşüb


Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti "Abşeron" Ticarət Mərkəzində olub.

İqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Qırğızıstan birgə hökumətlərarası komissiyanın 6-cı iclasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan qırğız nümayəndə heyəti ticarət mərkəzində Azərbaycanda kiçik və orta bizneslər üçün yaradılmış şəraitlə tanış edilib.

Görüşdə Qırğızıstanın 15-dən artıq nazirlik və digər dövlət qurumlarını təmsil edən nazir müavinləri, müşavir və digər rəhbər vəzifəli şəxslər, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Maksat Mamıtkanov və Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri Zamirbek Osmonov və İqbal Babayev, ReefGroup şirkətinin rəhbəri Azər Şükürov, Xəzər Beynəlxalq Fondunun rəhbəri Adəm Bakuvi iştirak ediblər.

"Abşeron" Ticarət Mərkəzi Müşahidə Şurasının üzvü Elnur Osmanov geniş təqdimatla çıxış edərək, qonaqları Mərkəzlə tanış edib. Qonaqlara məlumat verilib ki, "Abşeron" Ticarət Mərkəzi sahibkarlığa dəstəyi ilə yanaşı, müasir şəhərsalmada dünyada mövcud trendlərin ifadəsidir. 300 hektara yaxın ərazidə yerləşən Mərkəz hazırda 1500-dən çox mağazanı özündə birləşdirir. Sahəsinə, planlanmasına və imkanlarına görə "Abşeron" Ticarət Mərkəzi Avropanın və Yaxın Şərqin bir çox ticarət mərkəzləri ilə müqayisə oluna bilər.

Təqdimatdan sonra ticarət mərkəzini gəzən qonaqlar sahibkarlarla görüşüb, onlar üçün yaradılmış şərait və verilən imtiyazlarla maraqlanıblar.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar
Leyla Əliyeva və Alena Əliyeva LDU-nun nəzdində yaradılmış Baytarlıq Klinikası ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər