Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ölkəmizin əmək hüquqları sahəsində təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə dinamik inkişaf edən Azərbaycan-Qırğızıstan əlaqələrindən danışılıb, yüksək səviyyəli səfərlərin və imzalanan sənədlərin əhəmiyyəti qeyd edilib.
Vurğulanıb ki, dövlət başçılarının siyasi iradəsi, dostluq münasibətləri nəticəsində ölkələrimiz arasında əməkdaşlıq strateji səviyyəyə yüksəlib. Bütün bunlar Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar açır.
Tədbirdə həmçinin Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumat verilib, üzvlərin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin təmin olunması istiqamətində görülən işlərdən, tətbiq olunan yeniliklərdən və həyata keçirilən layihələrdən bəhs olunub.
Qeyd edilib ki, Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində təlimlər və ixtisasartırma kursları, əmək hüquqları, əməyin mühafizəsi və digər mövzularda maarifləndirmə tədbirləri keçirilir. Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri də Mərkəzdə təşkil edilən informasiya təhlükəsizliyi, süni intellekt və əmək hüquqlarına dair təlimlərdə iştirak edəcəklər.
Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqələrin inkişafı istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.
Görüş çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında üzvlərin əmək və sosial hüquqların müdafiəsi sahəsində əməkdaşlığın gücləndirilməsini, bilik və təcrübə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini, həmçinin təlim və maarifləndirmə tədbirlərinin təşkilini nəzərdə tutur.
Sonra qonaqlar AHİK-də "Çağrı Mərkəzi"nin fəaliyyəti, "Kurort" Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq olunan yeniliklər, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar.
Qalereya
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Layiqli Əmək Səfirləri ilə görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir













