İsmət Səttarov: "İki həftə ərzində aparıcılarımız 104 dəfə "okey" sözünü işlədiblər"
"Verilişlərin monitorinqi çətindir. Gündəlik 800 saatlıq məhsul efirə verilir".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Audiovizual Şuranın sədri İsmət Səttarov Parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.
"Prezident İlham Əliyev AMEA-dakı çıxışında konkret məsələyə toxunub. Bu, dilimizdə, xüsusilə mediada əcnəbi sözlərdən istifadədir. Bu istiqamətdə addımlar atırıq. Bu günə qədər televiziya və radiolarda reklam çarxlarından əcnəbi sözlərin qarşısını almışıq. 5-10 il əvvəl reklam çarxlarında xarici sözlərdən istifadə olunurdu. Verilişlərdən fərqli olaraq reklamlar gün ərzində bir neçə dəfə görünür. Proqramlara gəldikcə, vəziyyət yaxşı deyil. Verilişlərin monitorinqi çətindir. Gündəlik 800 saatlıq məhsul efirə verilir. Monitorinq şöbəsində 6 əməkdaş çalışır ki, fiziki olaraq da çatdırmaq mümkün deyil. Prezidentin çıxışını tapşırıq kimi qəbul etmişik. Buna görə də süni intellekt şirkəti ilə əməkdaşlığa başladıq. Noyabrın ilk iki həftəsində radio və televiziyalarda ən çox istifadə olunan əcnəbi sözlərin siyahısını hazırladıq. Məsələn, "okey" sözü aparıcılar tərəfindən 104 dəfə işlədilib".
Şura sədri vurğulayıb ki, növbəti ildən cərimələr tətbiq oluna bilər:
"İki həftə ərzində üç minə yaxın əcnəbi sözlər istifadə olunub. Bu sözləri toplayaraq kanallara və radiolara yanvar ayından məlumat göndərəcəyik ki, sizin aparıcınız filan sözü bu qədər işlədib. Aparıcılar nəticə çıxarmalıdırlar. 3 aydan sonra isə qanunvericilikdən irəli gələrək tədbirlər görəcəyik. Qanunda cərimələr var. İstəmirik ki, cərimə tətbiq edək. Çünki mediada maddi baxımdan vəziyyət kifayət qədər çətindir. Nəzəri baxımdan problemlərimiz də çoxdur. Bəzən elə suallar çıxır ki, buna biz də cavab verə bilmirik. Alimlərin, müvafiq qurumların dəstəyi lazım olacaq".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Audiovizual Şura ilə Mərakeşin Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu arasında memorandum imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı ildə yağ-bal içində yaşayacaq bürclər
-
İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib
-
Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru üçün donor tapıldı
-
Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb
-
Dövlət Komitəsi: Tovuzda küçədə yaşayan 11 yaşlı uşaq xəstəxanaya, anası tibb müəssisəsinə yerləşdirilib
-
Amsterdamın mərkəzi etirazlar səbəbindən yüksək riskli zona elan edilib













