"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Far.Az xəbər saytı

"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) "Regional Su Meliorasiya" QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.

Bu barədə "Far.Az" Regional Su Meliorasiya"ya istinadən xəbər verib.

Bildirilib ki, iclasda "Regional Su Meliorasiya Xidməti"nin Prezidentin sərəncamı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosedurunun qaydalara uyğun şəkildə icra olunduğu, yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə biləcəyinin detalları müzakirə edilib.

İclasda "Regional Su Meliorasiya"ya icraçı direktorun təyinatı gerçəkləşib. Müşahidə Şurasının qərarına əsasən qurumun sədr müavini Elçin Zahid oğlu Məmmədov ADSEA-nın tabeliyidəki "Regional Su Meliorasiya"ya icraçı direktoru təyin olunub.

Qeyd edək ki, "Regional Su Meliorasiya Xidməti" PHŞ-nin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev ADSEA sədrinin əmrinə əsasən Agentlik sədrinin müşaviri təyin edilib.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər