Qarpız almağa gəldi, satıcının "iPhone" markalı telefonunu oğurladı
Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 1054 ünvanında səyyar meyvə-tərəvəz satışı ilə məşğul olan şəxsin "iPhone 16 Pro" markalı telefonu oğurlanıb.
Far.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, oğurluğu ona alıcı adı ilə yaxınlaşan şəxs edib.
Həmin şəxs 15 kiloqram qarpız alacağını deyərək satıcının başını qarışdırıb. Satıcının qarpız seçməyə başı qarışdığı vaxt alıcı ona məxsus telefonu oğurlayıb. O, həmin telefonu "20 Yanvar" ərazisində 150 manata sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib. Satıcı telefonunun oğurlanmasından xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Hadisəni törədən şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı həmin şəxs özünü verilmiş ittiham üzrə təqsirli sayıb.
O bildirib ki, bundan əvvəl də oğurluq cinayətinə görə məhkum olunub və həbsxanadan yenicə çıxıbmış. Təqsirləndirilən şəxs əlavə edib ki, həqiqətən də qarpız almaq istəyib. Lakin satıcının məşğul olduğunu görüb, ona məxsus telefonu oğurlamaq qərarına gəlib.
Məhkəmənin hökmü ilə ona 1 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Bakı Apellyasiya 30 oktyabr 2025-ci il tarixli qərarı ilə təyin edilmiş 3 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 3 il 7 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Oxşar xəbərlər
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













