Laçın sakini: Ali Baş Komandanımız İlham Əliyevin sayəsində bu günü gördük
Ali Baş Komandanımız, Prezident İlham Əliyevin sayəsində bu günü gördük.
“Far.Az” xəbər verir ki, bunu Laçından olan keçmiş məcburi köçkün Hüsniyyə Hüseynova deyib.
“Sevincimin həddi-hüdudu yoxdur. Bu hissi dilə gətirmək mümkün deyil. Allah bu sevincli günü bütün məcburi köçkünlərə nəsib etsin. Hamı öz yurd-yuvasına, el-obasına qayıtsın”.
H.Hüseynova qeyd edib ki, həyatının ən xoşbəxt günlərindən birini yaşayır:
“Laçın şəhərini tərk edəndə 28 yaşım vardı, ora 61 yaşımda qayıdıram. Doğma yurduma həyat yoldaşım və qızımla dönürəm. Həyatımın ən xoşbəxt günlərindən biridir. Allah Azərbaycan Ordusunu qorusun”.
Qeyd edək ki, respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Laçın şəhərinə yola salınacaq.
Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürüləcək.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 570 ailə, yəni 2 090 nəfər daimi məskunlaşıb.
Oxşar xəbərlər
27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb - YENİLƏNİB
Bu gün Laçın şəhərinə növbəti köç karvanı yola salınacaq
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
Şuşa şəhərinə daha 27 ailə yola salınıb
Keçmiş məcburi köçkün: "30 yaşımda çıxdığım Şuşama 65 yaşımda qayıdıram"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
Azərbaycan banklarında stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib













