Rusiya səfiri Polşadan çıxarıla bilər
Far.Az xəbər saytı

Rusiya səfiri Polşadan çıxarıla bilər


Polşanın hava məkanının pozulması ilə bağlı insidentlərin təkrarlanmasına cavab olaraq Rusiya səfirinin ölkədən çıxarılması variantı istisna edilmir.

"Far.Az" xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə radiosunun efirində bildirib.

Bununla yanaşı, o qeyd edib ki, Rusiya tərəfi polşalı diplomata qarşı analoji addımla cavab verə bilər.

"Bu halda onlar da bizim diplomatı çıxaracaqlar. Bu, variantlardan biridir, lakin biz hələlik bunu reallaşdırmayacağıq. Biz Rusiyanın ağlını başına yığmasını, qonşularına hücum etməyi dayandırmasını və eskalasiyaya son qoymasını gözləyirik", – Sikorski deyib.

Daha əvvəl Polşanın milli müdafiə naziri Kosinyak-Kamış Rusiyaya məxsus iki raket və bir dronun ölkənin hava məkanını pozması barədə məlumat vermişdi.

Oxşar xəbərlər

Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər