Yarım milyonluq dələduzluqla bağlı məhkəmə başlayıb
Far.Az xəbər saytı

Yarım milyonluq dələduzluqla bağlı məhkəmə başlayıb


Dələduzluqda etməkdə təqsirləndirilən sahibkar Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

İş üzrə zərərçəkən 3 nəfərdən ikisi - Fərrux Ələkbərov və Pərviz Səlimov prosesdə iştirak edib. P.Səlimov vəkillə müqavilə bağlaya bilmədiyini əsas gətirərək iclasın təxirə salınmasını xahiş edib.

Dövlət ittihamçısı da iclasın təxirə salınmasını istəyib.

Proses dekabrın 19-na təxirə salınıb.

Qeyd edək ki, Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur. Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub.

Zamiq Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Zamiq Xankişiyevin Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin oğlu olduğu bildirilir.

F.Xankişiyev 2014-cü ildə yol verdiyi ciddi nöqsanlara və maddi ziyana görə vəzifəsindən azad edilib.

Z.Xankişiyev bahalı avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirməsi ilə də məşhurlaşıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Oxşar xəbərlər

Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı
Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini xahiş edib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər