Azərbaycan gömrükçüləri mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlayıb
Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb.
Bu barədə "Report"a Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən məlumat verilib.
Bildirilib ki, idarənin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Şarja-Bakı aviareyisi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi, "Dyson" markalı saç feni və digər mallar aşkarlanıb.
Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan "Body-Scan" cihazı vasitəsilə yoxlama həyata keçirilib. Nəticədə həmin şəxsin ayaqqablarından, gödəkçəsinin ciblərindən və ona məxsus mobil telefonun korpusundan xüsusi üsulla gizlədilmiş, ümumilikdə 90 qram qızıl külçə aşkar edilib.
Oxşar xəbərlər
Saç tökülməsini dayandırmağın YOLLARI
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
AQTA "Kəndli" bazarında nöqsanlar aşkarlayıb
Azərbaycana brend mallar gətirənlər saxlanıldı - 276 min manat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib













