Azərbaycana brend mallar gətirənlər saxlanıldı - 276 min manat
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən böyük həcmdə kommersiya təyinatlı malların şəxsi istifadə məqsədilə keçirilmə halı aşkarlanıb.
Bu barədə Far.Az-ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, Ankara-Bakı aviareysilə gələn sərnişin "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl-zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib. Gömrük əməkdaşlarının risk əsaslı gömrük nəzarəti zamanı sərnişin gömrük yoxlamasına dəvət olunub.
Vətəndaşın yüklərinə baxış zamanı ona məxsus baqajdan və əl çantasından əvvəlcədən gömrük orqanına bəyan edilməyən ayaqqabı, çanta, üst geyimlərindən ibarət 32 ədəd kommersiya təyinatlı brend məhsullar (Celine, Chanel, Hermes, Dolce & Gabanna, Dior, Burberry, Louis Vuitton, Prada, Loro Piano) və "Bulqari" markalı zərgərlik məmulatları aşkar edilib.
Aşkar edilən əşyaların ümumi təqribi dəyəri 276.000 AZN təşkil edir. Faktla bağlı araşdırma aparılır.
"Gömrük xidməti bir daha diqqətə çatdırır ki, bir sıra hallarda sosial şəbəkələr vasitəsilə malların satışını həyata keçirən şəxslər tərəfindən ticarət qaydaları əsasında deyil, güzəştli qaydada keçirilməsi üçün müəyyən edilmiş normalardan artıq böyük həcmdə olan malları şəxsi istifadə məqsədi kimi yanlış məlumat verməklə ölkə ərazisinə gətirilməsinə cəhd göstərirlər. Bu növ hallar ölkənin gömrük qaydalarına ziddir və məsuliyyət yaradır"-məlumatda qeyd edilib.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Tovuz gömrüyündə 44 min ədəd bəyan olunmamış dərman vasitəsi saxlanıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib
-
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
-
Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq
-
FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir
-
Ankaraya 23 il rəhbərlik etmiş Melih Gökçek barəsində istintaq başladılıb
-
Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb













