Salyanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Far.Az xəbər saytı

Salyanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var


Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Far.Az"un Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" və "Mercedes" markalı avtomobillər ağır tonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri; 1988-ci il təvəllüdlü Məhərrəmov Vahid Xandadaş oğlu, 1982-ci il təvəllüdlü Kamilova Vüsalə Kamil qızı, 1983-cü il təvəllüdlü Qafarov Mərahim Ələddin oğlu və 1978-ci il təvəllüdlü Sultanov Məmmədağa Sədyət oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ələt-Astara avtomobil yolunun Cəlilabad və Biləsuvardan keçən hissəsi qəzalı vəziyyətə düşüb
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər