Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq
1-8 sentyabr 2024-cü il tarixlərində Misirin İsgəndəriyyə şəhərində 36-cı Beynəlxalq İnformatika Olimpiadası (IOI 2024) baş tutacaq.
Azercell-in dəstəyi ilə olimpiadalara hazırlıq keçən Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli və 11-ci sinif şagirdi Hüseyn Ağayev, həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi 10-cu sinif şagirdi Tahir Əliyev ölkəmizi bu nüfuzlu bilik yarışında təmsil edəcəklər.
Olimpiadada təxminən 90-a yaxın ölkədən 350-dən çox məktəblinin iştirakı gözlənilir. Müsabiqənin 2 günü ərzində şagirdlərə hər gün 3 alqoritmik məsələni həll etmək üçün 5 saat vaxt veriləcək.
Qeyd edək ki, Azərbaycan komandası “Azercell Telekom”un dəstəyi ilə payız, qış, yaz və yay kamplarına, həmçinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Türkiyənin İstanbul şəhərində hazırlıq proqramına cəlb edilib.
2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 74 medal qazanıblar.
Məktəblilərimizə dəstəyimizi davam etdirir və onlara yeni uğurlar arzulayırıq!
Oxşar xəbərlər
Bürclər üçün SENTYABR PROQNOZU - Sevgi, pul, karyera...
“Neftçi”dən Qara Qarayev ilə bağlı QƏRAR
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınayıb
-
Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər"













