Elektron xidmətlərin və dövlət informasiya sistemlərinin qiymətləndirilməsi üzrə yeni Qayda təsdiqləndi — Proses necə aparılacaq?
09 dekabr 2025-ci il tarixində Nazirlər Kabinetinin Qərarı ilə "Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası" təsdiq edilib. Yeni Qayda dövlət informasiya sistemləri və ehtiyatlarının, eləcə də dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin vahid meyarlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.
Qiymətləndirmə prosesi ildə bir dəfə olmaqla müraciət, emal, nəticənin təqdim edilməsi kimi mərhələləri əhatə edəcək və müyəssərlik, məlumatların idarə olunması, inteqrasiya və təhlükəsizlik kimi əsas meyarlar əsasında aparılacaq. Qiymətləndirmənin nəticəsi 5 ulduzlu sistem əsasında hesablanacaq, qiymətləndirilməsi aparılan quruma cari vəziyyət və təkmilləşdirmə istiqamətləri barədə arayış təqdim ediləcək. Qiymətləndirilmə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.
Qaydaya əsasən, elektron xidmətlərin funksionallığı və istifadə rahatlığı üzrə testlər keçiriləcək, istifadəçi rəyləri toplanacaq, yerində baxışlar aparılacaq, məlumatların dəqiqliyi və əlçatanlılığı yoxlanılacaq. Dövlət qurumları qiymətləndirmə üçün tələb olunan məlumatları təqdim etməli və aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görməlidirlər.
Qiymətləndirmənin ümumiləşdirilmiş illik hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq və nəticələr rəsmi internet resursunda açıqlanacaq.
Yeni Qaydanın tətbiqi rəqəmsal xidmətlərin keyfiyyətinin artırılmasına, dövlət informasiya sistemlərinin etibarlılığının və dayanıqlığının təmin edilməsinə, həmçinin rəqəmsal hökumət standartlarının daha da təkmilləşdirilməsinə imkan yaradacaq.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycanda "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb - YENİLƏNİB
-
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi













