Nyu-Yorkda Azərbaycanla Bəhreyn arasındakı münasibətlər müzakirə edilib
Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində bəhreynli həmkarı Abdullətif bin Rəşid əl-Zayani ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, nazirlər Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birini təbrik edib və illər ərzində bir sıra sahələrdə faydalı əməkdaşlığı, o cümlədən çoxtərəfli platformalarda nümayiş etdirilən qarşılıqlı dəstək və həmrəyliyi məmnunluqla qeyd ediblər.
Əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadə edilməsinin, həmçinin bu istiqamətdə qarşılıqlı yüksək səviyyəli səfərlərin və görüşlərin intensivləşdirilməsinin, Xarici İşlər Nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələrin aparılmasının və ikitərəfli hüquqi bazanın zənginləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazirlər Azərbaycan-Bəhreyn ikitərəfli münasibətlərinin iqtisadiyyat, ticarət, enerji, investisiya, turizm, yüksək texnologiyalar sahələrində mövcud vəziyyətini və gələcək perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Ölkəmizin Bəhreyndə səfirliyinin fəaliyyətə başlaması məmnunluqla qeyd edilib.
Həmçinin regional və beynəlxalq təhlükəsizlik sahəsindəki hadisələr, o cümlədən Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparılıb. Regional sabitliyin təmin edilməsi və gərginliyin daha da artmasının qarşısının alınması üçün dialoqun və diplomatik səylərin təşviq edilməsinin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Alyona Əliyeva: "Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram"
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
-
Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır
-
Azərbaycan XİN İslam aləmini Qurban bayramı münasibətilə təbrik edib
-
NBA-da mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb
-
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT













