Azərbaycan təbii qaz ixracından qazancını 7 %-ə yaxın artırıb
Far.Az xəbər saytı

Azərbaycan təbii qaz ixracından qazancını 7 %-ə yaxın artırıb


Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 22 milyard 804 milyon 183,89 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə "Far.Az" Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 8 milyard 117 milyon 484,65 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 3,05 % az, dəyəri isə 6,7 % çoxdur.

Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,69 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.

Oxşar xəbərlər

2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan neft məhsullarının ixracını 30 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər