Xırdalanda maşın lükə düşdü, qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
Far.Az xəbər saytı

Xırdalanda maşın lükə düşdü, qurumlar məsuliyyəti bir-birinin üzərinə atır


Xırdalan şəhərində sürücü yolun üzərində açıq qalan lükə düşərək avtomobilinə zərər dəydiyini bildirir.

Vətəndaşın BAKU.WS-in "qaynar xətti"nə verdiyi məlumata görə, hadisə 2 gün əvvəl baş verib. Şikayətçi avtomobili ilə hərəkətdə olarkən lükə düşüb və nəticədə maşına maddi ziyan dəyib.

Sürücü hadisədən sonra 102 xidmətinə müraciət etdiyini, polis əməkdaşlarının hadisə yerinə gəldiyini, lakin məsuliyyətin onlara aid olmadığını bildirdiklərini deyib. KASKO sığortasının olmadığını qeyd edən vətəndaş daha sonra yenidən 102-yə zəng vurub və ona Abşeron Rayon Polis Bölməsi ilə əlaqə saxlanılacağı bildirilib.

Şikayətçinin sözlərinə görə, polis bölməsinə getdikdə isə ona bu məsələ ilə bağlı heç bir əlaqə saxlanılmadığı və səhv istiqamətləndirildiyi deyilib. Vətəndaş qeyd edir ki, nəticədə qurumlar məsuliyyəti bir-birinin üzərinə atır və problem həllini tapmır.

Məsələ ilə bağlı aidiyyatı quruma sorğu göndərdik.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər