TƏBİB-ə işə düzəltmək adı ilə 12 min manatlıq dələduzluq edən şəxsə hökm oxunub
Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Hacızadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Asif Hacızadə müxtəlif vaxtlarda aldatma yolu ilə bir neçə şəxsin pul vəsaitini ələ keçirib.
Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, A.Hacızadə Saatlı rayonu Mollavaizli kənd sakini olan zərərçəkmiş D.D.-ni Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) sürücü kimi işə düzəldəcəyi barədə yalan vəd verərək aldadıb. O, 2024-cü il iyunun 24-də Bakı şəhəri, Yasamal rayonu ərazisində TƏBİB-in inzibati binasının qarşısında zərərçəkmiş şəxsdən 12 min manat məbləğində pul alaraq dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Asif Hacızadə eyni yalan vədlə Saatlı şəhər sakini olan digər zərərçəkmiş F.F.-i də aldadıb. O, 2024-cü il iyulun 1-də ödəmə terminalı vasitəsilə 1000 manat, eləcə də 2024-cü il iyulun 6-da Bakıda Onkologiya Mərkəzinin yaxınlığında nağd şəkildə 11 min manat olmaqla, ümumilikdə 12 min manatı ələ keçirib.
Araşdırmalarla, həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs Saatlı şəhər sakini olan başqa bir zərərçəkmiş L.L.-in həbsdə olan oğlunu azad etdirəcəyi vədi ilə aldadaraq 2024-cü il iyulun 20-də ödəmə terminalı vasitəsilə dörd min manatını ələ keçirib.
A.Hacızadə sifət nahiyəsində zədəsi olan zərərçəkmiş Y.Y.-nin dövlət xətti ilə əməliyyat olunmasına köməklik göstərəcəyini bildirərək 2024-cü il avqustun 10-da 1 000 manat alıb.
Bundan əlavə, təqsirləndirilən şəxs müharibə veteranı olan zərərçəkmiş E.E.-nin dövlət tərəfindən avtomobil veriləcəyini vəd edərək müxtəlif tarixlərdə ödəmə terminalları vasitəsilə ümumilikdə 1 150 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Məhkəmənin hökmünə əsasən, Asif Hacızadə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan şəxs apellyasiya şikayəti vermişdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini xahiş edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













