Nazirlik rəsmisi: "Heyvandarlıqda nağd vəsait dövriyyəsinin zəifliyi əsas problemlərdən biridir"
Azərbaycanda heyvandarlıq sektorunda nağd vəsait dövriyyəsinin zəifliyi əsas problemlərdən biri olaraq qalır.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev Bakıda təmsil etdiyi qurumun dəstəyi və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi" mövzusunda ictimai müzakirədə bildirib.
Onun sözlərinə görə, xüsusilə süd və süd məhsullarının tez xarab olan məhsullar olduğunu nəzərə alaraq, satışdan sonra ödənişlərin müəyyən vaxt çərçivəsində həyata keçirilməsi vacibdir: "Bitki mənşəli yağlardan istifadə edilməklə hazırlanan məhsulların bazarda geniş təklif olunması təbii süd istehsalçıları və emalçıları üçün qeyri-bərabər rəqabət mühiti formalaşdırır. Bu səbəbdən bazar nəzarətinin gücləndirilməsi, həmçinin məhsulların tərkibinə görə dəqiq fərqləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb".
Z.Əliyev əlavə edib ki, süd satışında ödəniş müddətlərinin məhdudlaşdırılması fermerlərin maliyyə dayanıqlığının gücləndirilməsinə töhfə verə bilər.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva qəzada HƏLAK OLDU
-
Dövlət Departamenti Danimarkaya 951 milyon dollara "hava-hava" raketlərinin satışını təsdiqləyib
-
İlham Əliyev 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması ilə bağlı paylaşım edib
-
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub - YENİLƏNİB-5
-
BP "Qarabağ" yatağında seysmik kəşfiyyat işlərinə başlayıb
-
Amnistiya aktı probasiya üzə 10 mindən artıq şəxsə tətbiq olunacaq













