50 il boyunca uşaqlara dini təhsil verən rahib seksual istismar ittihamı ilə həbs olundu
Far.Az xəbər saytı

50 il boyunca uşaqlara dini təhsil verən rahib seksual istismar ittihamı ilə həbs olundu


ABŞ-də dörd ştatda yarım əsr ərzində minlərlə uşağa dini təhsil vermiş Pentekostal rahib Co Kempbell azyaşlılara qarşı seksual istismar ittihamları ilə saxlanılıb.

Far.Az xəbər verir ki, Oklahoma Baş Prokurorluğu 68 yaşlı rahibin azyaşlılara qarşı zorakılıq və əxlaqsız hərəkətlərdə təqsirləndirildiyini bildirib. Kempbell Missuri ştatında uşaq düşərgəsində həbs edilib.

İttihamlar NBC News-un araşdırmasından sonra gündəmə gəlib. Araşdırma göstərib ki, onillər boyunca baş verən iddialara baxmayaraq, dini qurumlar və hüquq-mühafizə orqanları məsələni lazımi şəkildə araşdırmayıb.

Məlumata görə, rahib 1989-cu ildə kilsədən uzaqlaşdırıldıqdan sonra öz dini qurumunu yaradıb və uşaqlarla işləməyə davam edib.

Oklahoma Baş Prokuroru Kempbellin əməllərini "dəhşətli" adlandırıb və azyaşlılara qarşı zorakılıq edən din xadimlərinə qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Porsche Azərbaycandan uşaqlarla unudulmaz kartinq günü
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər