Azərbaycan və Polşa arasında hərbi tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Bakıda Azərbaycan və Polşanın hərbi tibb sahəsi üzrə mütəxəssisləri arasında görüş keçirilib.
"Far.Az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə qonaqlara Azərbaycan Ordusunda hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, tibb xidmətinin təşkili, tətbiq olunan yeni praktik müalicə yanaşmaları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçulara və onların ailə üzvlərinə göstərilən tibbi xidmətlər barədə brifinq təqdim olunub.
Baş Klinik Hospitalda hərbçilərin müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradılması, yüksək peşəkarlığa malik tibbi personalın həvəslə fəaliyyət göstərməsi xüsusi vurğulanıb.
Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və digər maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan və Polşa arasında hərbi tibb sahəsində təcrübə mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və peşəkar hazırlığın artırılması istiqamətində işçi görüşlərin davam etdiriləcəyi qeyd olunub.
Görüşdən sonra Polşa nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını və digər hərbi tibb müəssisələrini ziyarət edib, yaradılan şəraitlə yaxından tanış olub.
Oxşar xəbərlər
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Ad günündən qayıdan Ada Süleyman faciəli şəkildə öldü - TƏFƏRRÜAT
-
"Liverpul" İngiltərə Premyer Liqasında 700 qələbə qazanan üçüncü klub olub
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı
-
Rusiyanın Ukraynaya növbəti hücumunda 6 nəfər ölüb
-
Read Qasımov: "Orta Dəhliz ətrafında iqtisadi fəaliyyətin genişləndirilməsi vacibdir"













