Cevdet Yılmaz: "Zəngəzur bağlantısının reallaşması Türkiyə və Avropa arasında inteqrasiyanı gücləndirəcək"
Far.Az xəbər saytı

Cevdet Yılmaz: "Zəngəzur bağlantısının reallaşması Türkiyə və Avropa arasında inteqrasiyanı gücləndirəcək"


Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin beynəlxalq nəqliyyat-logistika marşrutu kimi rəqabət gücünü əhəmiyyətli dərəcədə artıracaq.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən II Türkiyə-Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Orta Dəhlizin strateji əhəmiyyəti daha da yüksəlib və bu marşrutun əsas komponentlərindən biri Azərbaycandır:

"Zəngəzur bağlantısının reallaşması həm Cənubi Qafqazda sabitlik və rifah üçün yeni imkanlar yaradacaq, həm də Orta Asiya, türk dövlətləri, Türkiyə və Avropa arasında inteqrasiyanı gücləndirəcək".

C. Yılmaz qeyd edib ki, Azərbaycan regionda və qlobal miqyasda mühüm rol oynayır və Orta Dəhlizin inkişafı baxımından əsas tərəfdaşlardan biridir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Cevdet Yılmaz Zəfər parkını ziyarət edib
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər