Valideynlərin NƏZƏRİNƏ: Məktəblilər arasında "snus" TƏHLÜKƏSİ
Son günlərdə məktəblilər arasında "snus" adlanan saqqızabənzər məhsulun yayılması ilə bağlı narahatlıqlar artıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu məhsulun tərkibi və hüquqi statusu ilə bağlı araşdırmalar hələ də davam edir. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edirlər. Ekspertlər arasında bu məhsulun narkotik və ya psixotrop maddə kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi barədə fikir ayrılıqları var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimovun sözlərinə görə, "snus" məhsulunun tərkibi və hüquqi statusu ilə bağlı araşdırmalar davam edir. O, əlavə edib ki, hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur.
Eyni zamanda, E.İbrahimov vurğulayıb ki, tərkibində nikotin olan məhsulların və tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satılması qanunvericiliyə ziddir:
"Polis orqanları bu istiqamətdə profilaktik tədbirlər həyata keçirir və məktəblər ətrafında nəzarət fəaliyyətlərini davam etdirirlər. Zərərli vərdişlərin qarşısını almaq məqsədilə, ticarət obyektlərində də mütəmadi olaraq yoxlamalar aparılır".
Daxili İşlər Nazirliyi (DİN)
Tütün
Zərərli qidalar
Nikotin
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
IDEA məktəblilər üçün Ekopark İnnovasiya Mərkəzinə ekskursiya təşkil edib
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq













