"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışına qatılacaq komandaların sayı artıb
"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışına qatılacaq komandaların sayı artıb.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov jurnalistlərə açıqlamasında deyib.
O, turnirin həmişə rəğbətlə qarşılandığını söyləyib:
"Yarış 5 mərhələdən ibarət olacaq. Bu mərhələnin biri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində keçiriləcək. Turnir əvvəlki illərdə böyük rəğbətlə qarşılanıb. İnanıram ki, bu dəfə də belə olacaq. Komandaların sayı artıb. 21 komanda artıq iştirakını təsdiqləyib. 20-yə yaxın komanda isə iştirak üçün müraciət edib. 150-yə yaxın velosipedçinin təhlükəsizliyini təmin etmək üçün 100-dən çox əməkdaş olacaq. İşğaldan azad olunmuş bölgələrimizi göstərməliyik. Burada dünyanın bütün qitələri təmsil olunur. Qalib millət kimi nəyə qadir olduğumuzu göstərməliyik. Bu, kifayət qədər ciddi turnirdir. Dünyada bu yarışa diqqət olduqca böyükdür".
Qeyd edək ki, "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışı 2026-cı il mayın 10-14-ü aralığında keçiriləcək.
Oxşar xəbərlər
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər













