"McDonald"s Azərbaycan" şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib
Yeni il bayramları uşaqlara xüsusi diqqət yetirilməsinin, onlar üçün qayğı və dəstək mühitinin yaradılmasının xüsusilə vacib olduğu bir dövrdür.
Yeni il ərəfəsində, eləcə də 31 Dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə "McDonald"s Azərbaycan" Dövlət Sosial Müdafiə Fondu ilə birgə şəhid və qazilərin övladları üçün bayram tədbiri təşkil edib.
Bayram "Şüvəlan Park"da yerləşən "McDonald"s" restoranında keçirilib.
Tədbirdə 50 uşaq iştirak edib. İştirakçılar üçün animatorların iştirakı ilə bayram proqramı və interaktiv əyləncələr hazırlanıb ki, bu da isti və həqiqətən bayram ab-havası yaradıb.
Bayramın sonunda uşaqlara yeni il hədiyyələri təqdim olunub.
Tədbir "McDonald"s Azərbaycan" ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub. Sənəd korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsinə yönəlib və 44 günlük Vətən müharibəsi veteranlarının və şəhidlərinin övladlarını dəstəkləyən çoxsaylı birgə təşəbbüslər üçün əsas olub.
Qalereya
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
"McDonald's Azərbaycan" və DSMF şəhid övladlarının iştirakı ilə teatr tamaşası təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
"Aston Villa" Rafael Leaunun transferi üçün "Milan"la danışıqlara başlayıb
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi













