"McDonald's Azərbaycan" və DSMF şəhid övladlarının iştirakı ilə teatr tamaşası təşkil edib
"McDonald's Azərbaycan" və Dövlət Sosial Müdafiə Fondu (DSMF) Azərbaycanın 44 günlük Vətən müharibəsindəki böyük Zəfərinin 5-ci ildönümünə həsr olunmuş teatr tamaşası təşkil edib.
Səhnə əsərində İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları iştirak edib.
Tamaşanın nümayişi "Qəhrəman övladları səhnədə"sosial layihəsi çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutub.
Tamaşanın süjeti uşaqları "zaman maşını" ilə keçmişə aparır. Burada onlar Azərbaycanın görkəmli şəxsiyyətləri və mütəfəkkirləri ilə görüşürlər. Səhnədə şəhid uşaqları ilə birlikdə çıxış edən peşəkar aktyorlar nəsillərin mirasının, tarixi yaddaşın və milli qürurunəhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda çıxış edən "Zəfər sədası" uşaq xorunun vətənpərvərlik mövzusunda ifaları proqramın sonuna xüsusi emosional çalarlar qatıb.
Layihə "McDonald"s Azərbaycan" və Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. Layihə Zəfərin 5-ci ildönümünə həsr olunmuş təşəbbüslər kompleksinin bir hissəsidir.
İmzalanmış memorandum, korporativ sosial məsuliyyət çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarına dəstək göstərməyə yönəlmiş əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir.
Son illər ərzində McDonald"s Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə birgə xeyriyyə və inkişaf yönümlü bir sıra sosial, təhsil və yaradıcılıq təşəbbüslərini həyata keçirib. Onların sırasında şəhid övladlarının məktəb ləvazimatları ilə təmin edilməsi, uşaqların təhsil və inkişafının dəstəklənməsi – tədris proqramları və kurslarının maliyyələşdirilməsi, həmçinin beynəlxalq olimpiadalarda iştirakının təşkili, şəhid və qazilərin ailələrindən olan uşaqlar üçün yay istirahətinin təşkili, eləcə də Novruz, Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Yeni il və digər əlamətdar tarixlərə həsr olunmuş tədbirlərin "McDonald"s" restoranlarında keçirilməsi yer alır.
Bu proqramlar tərəflərin uşaqların inkişafı, potensiallarının üzə çıxarılması və özlərinə inamlarının gücləndirilməsi istiqamətində apardığı ardıcıl və sistemli fəaliyyəti əks etdirir.
Qalereya
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
Pakistanda İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr edilən kitab təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Generalın vəzifədə olan oğlu ilə yanaşı Rəşad Daşdəmirov da HƏBS OLUNDU
-
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
-
"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
-
Bakıda valideynlər məktəbin bağlı qalmasına görə etiraza qalxdılar
-
Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"
-
Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir













