Bugün
Azərbaycan Özbəkistanla biznes əlaqələrinin yeni formatını müzakirə edib Azərbaycan Özbəkistanla biznes əlaqələrinin yeni formatını müzakirə edib
Gürcüstan parlamentin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb Gürcüstan parlamentin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb
Samir Seyidəhmədli: "Naxçıvanda fəaliyyətə başlayan sahibkarların sayı 2 dəfədən çox artıb" Samir Seyidəhmədli: "Naxçıvanda fəaliyyətə başlayan sahibkarların sayı 2 dəfədən çox artıb"
Azərbaycanın Baş nazirinin müavini Rusiyaya səfər edəcək Azərbaycanın Baş nazirinin müavini Rusiyaya səfər edəcək
Şavkat Mirziyoyev: "Özbəkistan 2030-cu ilə qədər 20 QVt-dan çox “yaşıl enerji” həcmləri yaratmaq niyyətindədir" Şavkat Mirziyoyev: "Özbəkistan 2030-cu ilə qədər 20 QVt-dan çox “yaşıl enerji” həcmləri yaratmaq niyyətindədir"
Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Bu ay Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək Bu ay Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək
Naxçıvanda alternativ enerji istehsalı üçün ayrılan sahənin həcmi açıqlanıb Naxçıvanda alternativ enerji istehsalı üçün ayrılan sahənin həcmi açıqlanıb
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir   Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir  
Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

6-12-2022, 15:57 350

Ekspert: "EHİM-in RİNN-ə verilməsi rəqəmsallaşmada mərkəzləşməni asanlaşdıracaq" Ekspert: "EHİM-in RİNN-ə verilməsi rəqəmsallaşmada mərkəzləşməni asanlaşdıracaq" Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət)

Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN Xidmət") alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) verilməsi rəqəmsallaşma sahəsində mərkəzləşməni asanlaşdıracaq.

Bunu “Far.Az”a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dövlət başçısının fərmanını şərh edərkən deyib.

"ASAN Xidmət” infrastruktur qursa da, işini dövlət qurumları ilə koordinasiya edə bilməyib. Əvvəl Rəqəmsal transformasiya RİNN-də idi, amma onun alt çoxluğu olan “Elektron hökumət” başqasında idi. Yəni bu, mərkəzləşməyə ziddir. Ona görə də prezident fərmanında I şərt mərkəzləşmə üçün, II şərt isə pərakəndəliyi aradan qaldırmaq üçün qoyulub. Bu vaxta qədər elektron hökumətin bəzi komponentləri olan “DATA Mərkəz” və bir sıra portallar RİNN-də qalmışdı. Bu isə pərakəndəlikdən xəbər verir. Prinsipcə pərakəndəliyi aradan qaldırmaq, rəqəmsal transformasiyanı və rəqəmsal hökumətə keçidi sürətləndirmək üçün bu fərman zəruri idi.

İndiyə qədər elektron hökumət “ASAN Xidmət”də idi. “Asan Xidmət” də bu vaxta qədər müəyyən addımlar atıb, işlər görüb. Həmçinin onu da qeyd etmək lazımdır ki, indiyə qədər Azərbaycanda elektron hökumət infrastrukturu “XRoad” adlanan xarici resursun üzərində oturmuşdu. Dövlət qurumları arasında informasiya mübadiləsi xarici resurs üzərindən həyata keçirilirdi. “ASAN Xidmət” böyük iş görərək onu “ASAN Bridge”ə çevirdi. Daha sonra “ASAN Finance” və pandemiya dövründə qurulan resursları da dəyərləndirmək lazımdır”, - deyə o qeyd edib.

O.Gündüz hesab edir ki, bütün bunlara baxmayaraq problemlər qalmaqda idi: “Bu problemlərdən birincisi koordinasiya ilə bağlı idisə, ikincisi hüquqi təminatda mövcud olan çətinliklərlə bağlıdır. “ASAN Xidmət” rəqəmsal xidmət göstərirdi, amma onun hüquqi statusu yox idi. O sadəcə bir məlumat idi. Arxasında hüquq dayanmırdı. Elektron hökumətin hüquqi təminatı sahəsində problemlər var idi. Üçüncü problem inteqrasiya ilə bağlı idi. Yəni dövlət qurumları vətəndaşdan kağız sənədlər tələb etməkdə davam edirdi. Tez-tez “ASAN Xidmət” mərkəzlərinə müraciət edənlər də görür ki, burada adam azalmır. Niyə azalmır? Çünki elektron hökumət yetərli deyil.

Sonuncu dəfə BMT-nin elektron hökumətlə bağlı hesabatında Azərbaycan 13 pillə gerilədi. Həmçinin ölkə olaraq BMT-nin “Index Innovation” hesabatında da 11 pillə geriləmişik. Hesab edirəm ki, digər arqumentlərlə yanaşı həm də bu arqumentlərin təsiri olub. Amma indiki halda isə RİNN-in strukturunda bu prosesə təsir edə biləcək əlavə bir çox qurumlar və imkanlar var. Bura “DATA Mərkəz”, “Cloud Sistem”, SİMA imzası, təcrübəli kadrları var. Hazırda nazirliyin resursları “ASAN Xidmət”in resurslarında çoxdur".

Onun fikrincə, “ASAN Xidmət”dən alınan qurumların İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə birləşməsi daha doğru addım olar, ayrıca struktur kimi olmasına ehtiyac yoxdur.

"Hesab edirəm ki, elektron hökumət quruculuğu prosesində yüksək səviyyədə siyasi dəstək olmasa koordinasiya problemlərini həll etmək mümkün olmayacaq. Çünki bəzi hökumət orqanları özünün elektron təsərrüfatına şəxsi malı kimi baxır. Bir çox hallarda onlar həmin elektron təsərrüfata qoşulmaq üçün digərlərinə imkan yaratmır. Bu baxımdan Nazirliyə dövlət başçısının dəstəyi lazımdır. Çünki məhz “ASAN Xidmət” koordinasiyanı qura bilmədi deyə belə oldu. Hansısa dövlət qurumundan soruşanda ki, “ASAN Xidmət”ə inteqrasiya etmisiniz yoxsa yox?! Görürsən ki, onların heç marağında da deyil. Özü üçün sistemi qurub və istədiyi kimi də istifadə edir.

Hesab edirəm ki, Prezident Administrasiyasında Prezident səviyyəsində elektron hökumətlə bağlı bir koordinasiya qrupu olmalıdır. Hansı ki, həmin qrup “ASAN Xidmət”in özündə idi. O iclasa kimlər gəlirdi. Mərkəzi İcra Hakimiyyəti orqanının İT şöbəsinin müdiri. O da iclasdan çıxıb nazirliyə gedəndə sizcə onun sözünə qulaq asardılarmı? Əlbəttə yox. Bir söz deyən kimi qayıdıb deyirlər ki, get işinlə məşğul ol. Mən nə edəcəyimi özüm bilirəm. Koordinasiya ən azından müavin səviyyəsində olmalıdır. Bir daha təkrar edirəm ki, əgər Nazirlik koordinasiya və hüquqi təminat işini qura bilməsə ciddi problemlər olacaq. Yəni mən orda ciddi uğur gözləmirəm. Amma Nazirliyin imkanlarının çoxluğu və resurslara çıxışının olması ümid yaradır”.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Region

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib

Region

Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib

Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
Türkiyə ordusu İraqda şəhid verib

Region

Türkiyə ordusu İraqda şəhid verib

Türkiyə ordusu İraqda şəhid verib
Mərkəzi Asiyanın “yaşıl enerjisi”: Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropanın enerji landşaftını dəyişir

Energetika

Mərkəzi Asiyanın “yaşıl enerjisi”: Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropanın enerji landşaftını dəyişir

Mərkəzi Asiyanın “yaşıl enerjisi”: Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropanın enerji landşaftını dəyişir
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib

Region

Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib

Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub

Biznes

Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub

Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib

Region

Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib

Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
Tbilisidə "Xarici təsirin qarşısının alınması haqqında" qanun layihəsinə qarşı etiraz aksiyası bərpa olunub

Region

Tbilisidə "Xarici təsirin qarşısının alınması haqqında" qanun layihəsinə qarşı etiraz aksiyası bərpa olunub

Tbilisidə "Xarici təsirin qarşısının alınması haqqında" qanun layihəsinə qarşı etiraz aksiyası bərpa olunub