Qərbi Azərbaycan Xronikası: İki min illik yaddaşı qoruyub saxlayan Necili toponimi
Far.Az xəbər saytı

Qərbi Azərbaycan Xronikası: İki min illik yaddaşı qoruyub saxlayan Necili toponimi


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Zəngibasar mahalının Aşağı Necili kəndinin tarixi, abidələri və adətləri haqqında veriliş hazırlanıb.

"Report" xəbər verir ki, verilişdə Zəngibasar (Masis) rayonunda yerləşən kənddə üzərində yazı olmayan müəmmalı qoç qəbirləri, iki min illik yaddaşı qoruyub saxlayan Necili toponimi, Zəngibasardan Beyləqan və Ucara aparılan ölüm yolundan danışılır.

Vurğulanır ki, Nig, Nuh, el və il paralelləri Necili kəndinin türk kimliyini sübut edir:

"Zəngi çayı üzərində ucaldılan türk xaçında gizlənən tarixi həqiqətlər var. 1988-ci il iyunun 18-də baş verən erməni hücumundan sonra Aşağı Necili kəndinin qara günü başlayıb. Kənddə evlər yandırılıb, dağıdılıb və tarix susdurulub. Yük vaqonlarında sürgün edilən 200 ailə faciəvi tale yaşayıb. Bir sözlə, susuz çöllərdə nəsillər məhv olub, kənd yaddaşı itirilib".

Verilişdə Aşağı Necilidə gəlin köçən qıza balış verilməsi, evə gəlin gələndə bəyin damdan onu alma ilə vurması adətlərindən söz açılır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: İki min illik yaddaşı qoruyub saxlayan Necili toponimi

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər